...

“Xalq Bank” növbəti təcili pul köçürmələri sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2012 17:00 (UTC +04:00)
"Xalq Bank" "Monex" təcili pul köçürmələri sisteminə qoşulub. Monex - bank hesabı açmadan, ölkə daxilində, bir neçə dəqiqə ərzində, sərfəli tariflərlə pul köçürmələri həyata keçirmək imkanı verən təcili pul köçürmələri sistemidir.
“Xalq Bank” növbəti təcili pul köçürmələri sisteminə qoşulub

Azərbaycan, Bakı, 15 avqust /Trend/

"Xalq Bank" "Monex" təcili pul köçürmələri sisteminə qoşulub. Monex - bank hesabı açmadan, ölkə daxilində, bir neçə dəqiqə ərzində, sərfəli tariflərlə pul köçürmələri həyata keçirmək imkanı verən təcili pul köçürmələri sistemidir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu sistem vasitəsilə müştərilər Azərbaycanın Bakı, Ağcabədi, Astara, Bərdə, Biləsuvar, Beyləqan, Qəbələ, Qax, Gəncə, Goranboy, Zaqatala, Göyçay, Quba, Qusar, İmişli, İsmayıllı, Cəlilabad, Xaçmaz, Xırdalan, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Naxçıvan, Şəki, Şamaxı, Şirvan, Şəmkir, Sumqayıt, Tovuz və Yevlax şəhərlərinə pul göndərə və ya ala bilərlər. Pul köçürmələrinin göndərilməsi və alınması Azərbaycan manatı ilə həyata keçirilir.

"Monex" sistemi ilə yanaşı, "Xalq Bank" Western Union, Bıstraya Poçta, Xpress Money, Contact, Migom, Zolotaya Korona və PrivatMoney beynəlxalq təcili pul köçürmələri sistemləri vasitəsilə xidmətlər göstərir.

Təcili pul köçürmə xidmətlərindən "Xalq Bank"ın Bakı və bölgələrdə fəaliyyət göstərən istənilən filialında faydalanmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti