...

“Azərikimya” İB-nin Etilen-polietilen zavodunun yeni susoyutma qurğusunun inşasında mühüm mərhələ başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2012 17:32 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun "EP-300" istehsalatı üçün tikintisinə başlanılmış yeni, müasir tipli susoyutma kompleksində inşa işlərində mühüm mərhələ başlayıb.
“Azərikimya” İB-nin Etilen-polietilen zavodunun yeni susoyutma qurğusunun inşasında mühüm mərhələ başlayıb (FOTO)

Azərbaycan, Bakı, 22 avqust /Trend/

"Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun "EP-300" istehsalatı üçün tikintisinə başlanılmış yeni, müasir tipli susoyutma kompleksində inşa işlərində mühüm mərhələ başlayıb. Trend-in məlumatına görə, bu barədə İB-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, 1600 m2-dən çox sahəyə malik susoyutma hovuzunda tamamlama işləri artıq başa çatmaqdadır, suvarma və ventilyasiya qurğularının, diffuzor sisteminin və xidmət meydançalarının quraşdırılması ilə bağlı işlər isə intensiv xarakter alıb.

Müasir tələblərə cavab verən yeni və daha effektli susoyutma kompleksinin tikintisi Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyinin tapşırığı ilə, müəssisənin 25 ilə yaxın istismarda olan mövcud susoyutma kompleksinin bu günün artmaqda olan istehsalat tələblərinə tam cavab vermədiyi nəzərə alınaraq həyata keçirilir.

İcraçı təşkilat - ARDNŞ-in "Neftqaztikinti" Tresti tərəfindən inşa edilən yeni susoyutma kompleksi 6 bölmədən - ventilyasiya, suvarma, suyun filtrlə təmizlənməsi, ingibitor bölmələrindən, nasosxana və tutumu 3000 ton olan susoyutma hovuzundan ibarət olacaqdır. Yeni qurğu bir saat ərzində 21 min m3 həcmdə suyun soyudulmasını təmin edəcəkdir.

Əsasən müəssisənin Etilen istehsalatına xidmət etməsi nəzərdə tutulan yeni susoyutma qurğusunda gələcəkdə onun istismarı zamanı problemlərin yaranmaması, hovuz daxilində quraşdırılacaq avadanlıqların korroziyaya uğramaması məqsədilə həmin hissəyə daxil olan konstruksiyalar və bərkidici qovşaqlar paslanmayan metaldan və FRP tipli bərk, davamlı plastik materiallardan hazırlanmışdır. Dövri istehsalat suları isə çəkilişi bugünlərdə yerli - Sumqayıt istehsalı olan kompozit borular vasitəsilə davam etdirilən texnoloji xətt üzrə nəql olunacaqdır.

Xəbər lenti

Xəbər lenti