...

Bərdə rayonunun inkişafı üçün üç prioritet sahə üzrə sahibkarlardan investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2012 13:14 (UTC +04:00)
Cümə axşamı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Bərdə rayonunun inkişafı üçün üç prioritet sahə üzrə sahibkarlardan investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Cümə axşamı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bərdə rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel 2012-ci il tarixli fərmanı ilə təsdiqlənən 2009-13-cü illərdə ölkə regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq avqustun 17-də Bərdə rayonunun Zümürxan kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bərdə rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- taxılçılıq təsərrüfatlarının yaradılması;
- intensiv bağçılıq təsərrüfatlarının yaradılması;
- kiçik və orta həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; Telefon: (012) 434-74-29;Faks: (012) 432-37-17;e-mail: [email protected].

Xəbər lenti

Xəbər lenti