...

Almaniya şirkətləri Azərbaycanda biznes üçün imkanlar axtarırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2012 14:59 (UTC +04:00)
Almaniya şirkətləri Azərbaycanda biznesin inkişafı üçün yeni imkanlar axtarmaq niyyətindədirlər.
Almaniya şirkətləri Azərbaycanda biznes üçün imkanlar axtarırlar

Azərbaycan, Bakı, 23 avqust / Trend, müxbirlər A.Axundov /

Almaniya şirkətləri Azərbaycanda biznesin inkişafı üçün yeni imkanlar axtarmaq niyyətindədirlər. Trend-in məlumatına görə, bu barədə Almaniya-Azərbaycan İqtisadi İttifaqının (DAWF) çərşənbə günü yaydığı məlumatında deyilir.

DAWF-in məlumatına görə, avqustun 27-də Bakıda 14-cü Almaniya-Azərbaycan biznes forumu keçiriləcək. Forumda iştirak etmək üçün Reynland-Pfalts Federal Torpağından nümayəndə heyəti Bakıya gələcək. Nümayəndə heyətində qida sənayesi, energetika, logistika, kimya sənayesi, mebel istehsalı, istehlak malları və tikinti sahəsində fəaliyyət göstərən səkkiz alman şirkəti təmsil olunacaq. Bundan başqa, avqustun 30-da alman sahibkarlar Gəncədə üçüncü Almaniya-Azərbaycan biznes forumunda iştirak edəcəklər.

Forumun gedişində alman və azərbaycanlı iş adamları əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edəcəklər.

Forumlar DAWF tərəfindən Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) əməkdaşlığı ilə təşkil olunacaq.

Maraqlanan şəxslər (012) 448 39 95 nömrəli telefonla və [email protected] elektron poçt ünvanı ilə DAWF-a müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti