...

Bakıda torpaq ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2012 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Axundov/

İyul ayında Bakıda torpağın bir sotunun orta qiyməti 0,7 faiz ucuzlaşaraq 15 007 dollardan 14 895 dollara düşüb. Bu barədə bazar ertəsi Trend-ə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

İyulda Bakının bir sıra rayonlarında torpaq ucuzlaşıb. Ən çox qiymət ucuzlaşması (1,1 faiz) Yasamal rayonunda müşahidə edilib.

Torpaq bazarında ən aktiv rayonlar Binəqədi və Qaradağ, ən passivi isə Nərimanov rayonu olub.

Məlumata əsasən, bazara iyul ayında ən bahalı torpaq sahəsi Nəsimi rayonunda 1 sotu 350 min dollara (çay fabriki yaxınlığında), ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda (Pirəküşkül qəsəbəsi) 1 sotu 350 dollara təqdim olunub.

İyul ayında torpaq bazarında 746,1 hektar torpaq satışa çıxarılıb ki, onun da 80,4 faizi boş torpaq sahələri, qalanları isə qeyri-yaşayış və köhnə yaşayış yerləri olub.

Əvvəlki ayla müqayisədə torpağın ekspozisiya müddəti 1,2 faiz artıb.

Xəbər lenti

Xəbər lenti