...

"Buta Sığorta" nizamnamə kapitalını 25 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2012 18:05 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Buta Sığorta" ASC-nin 1,5 milyon manat məbləğində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Buta Sığorta" nizamnamə kapitalını 25 faiz artırır

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Buta Sığorta" ASC-nin 1,5 milyon manat məbləğində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 20 manat olan 75000 səhm buraxılıb.

"Bununla da şirkətin nizamnamə kapitalı 5,8 milyon manatdan 7,3 milyon manatadək artacaq", - QKDK-nın məlumatında qeyd olunur.

Xəbər lenti

Xəbər lenti