...

"Bizim Tarla" paytaxt sakinlərini pomidor-yumurtaya qonaq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2012 13:00 (UTC +04:00)
Tarlalarımızda yetişdirilən ən seçmə pomidorlardan hazırlanmış "Bizim tarla" markası paytaxt sakinlərinə xoş anlar yaşadacaq.
"Bizim Tarla" paytaxt sakinlərini pomidor-yumurtaya qonaq edəcək

Azərbaycan, Bakı, 31 avqut /Trend/

Tarlalarımızda yetişdirilən ən seçmə pomidorlardan hazırlanmış "Bizim tarla" markası paytaxt sakinlərinə xoş anlar yaşadacaq.

"Bizim tarla" marka heyəti 1 sentyabr, saat 19:00-da şəhər sakinləri, xüsusilə "Bizim tarla" istehlakçılarını Dənizkənarı Milli Parka dəvət edir. Tədbirdə məşhur aşbaz Fərhad Aşurbəyli "Bizim tarla" soyulmuş pomidor məhsulundan nəhəng 1000 porsionluq tavada hər kəsin sevdiyi qəlyanaltılardan biri olan pomidor-yumurta bişirəcək.

İstehlakçılar tərəfindən daim rəğbətlə qarşılanan və milli markamıza çevrilmiş "Bizim tarla" məhsulları ölkəmizin hüdudlarından kənarda da daim rəğbətlə qarşılanır. Xanımların həyatını asanlaşdıran "Bizim tarla" dadı, ləzzəti, təbiiliyi ilə daim yeniliklərə imza atır. Bu marka bol çeşidi ilə ölkəmizin zəngin təbiətini, ləziz meyvə-tərəvəzlərini ilin hər fəslində süfrəmizə gətirməklə hər birimizin sevimlisinə çevrilib.

"Bizim Tarla" markasının fərqli tutma, kürü, kompot, mürəbbə, salat hazırlamaq üçün yaşıl noxud və yeməklərə xüsusi ləzzət qatmaq üçün soyulmuş pomidor məhsulları istehlakçılara təklif olunmaqdadır.

Xəbər lenti

Xəbər lenti