...

Buzovna çimərliyində “Təmizlik naminə” şüarı altında təmizlik aksiyası keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2012 13:37 (UTC +04:00)
Sentyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Buzovna çimərliyində “Xəzər həftəsi”nə həsr olunmuş təmizlik aksiyası keçirilmişdir.
Buzovna çimərliyində “Təmizlik naminə” şüarı altında
təmizlik aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Sentyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC tərəfindən Buzovna çimərliyində "Xəzər həftəsi"nə həsr olunmuş təmizlik aksiyası keçirilmişdir.

"Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ASC tərəfindən ildə 2 dəfə - çimərlik mövsümündən öncə və sonra təmizlik aksiyaları keçirilir. Artıq ənənə halını almış iməcliklərin keçirilməsində məqsəd paytaxt sakinləri və qonaqlara təmiz və gözəl istirahət şəraiti yaratmaq və onları istirahət məkanlarında təmizliyin qorunmasına təşviq etmək, bəzi sakinləri ətraf mühiti çirkləndirməkdən çəkindirməkdir.

Sentyabrın 29-da "Təmizlik naminə" şüarı altında keçirilən təmizlik aksiyasında bir daha "Xəzərin sahillərinin ekoloji sağlamlığı hər birimizdən asılıdır" mesajı ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Aksiyaya şəhər əhalisi, yerli sakinlər, xüsusilə gənclər qoşulmuşdur. Aksiya iştirakçıları nəqliyyat, üzərində təşkilatçıların loqotipləri olan köynək, papaq, əlcəklərlə təmin edilmişdir. Tədbir çərçivəsində 200-ə yaxın könüllü Buzovna çimərliyinin plastik torba, butulka, kağız, karton və digər məişət tullantılarından təmizlənməsində iştirak etmişdir.

Buzovna çimərliyinin təmizlənməsi nəticəsində toplanmış bütün tullantılar hazırda sınaq rejimində fəaliyyət göstərən Tullantıların Çeşidlənməsi Zavoduna daşınmış və orada çeşidlənərək təkrar emala yararlı materiallar seçilmişdir.

Xəbər lenti

Xəbər lenti