...

Bakıda içməli su təchizatının yaxşılaşdırılması məqsədilə anbarlarda yenidənqurma işləri aparılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2012 17:23 (UTC +04:00)
Bakı şəhərinin şərq hissəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə "+110 Şərq" və "+ 69 Şərq" anbarlarında əsaslı yenidənqurma işləri aparılıb.
Bakıda içməli su təchizatının yaxşılaşdırılması məqsədilə anbarlarda yenidənqurma işləri aparılıb (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Bakı şəhərinin şərq hissəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə "+110 Şərq" və "+ 69 Şərq" anbarlarında əsaslı yenidənqurma işləri aparılıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, "+69 Şərq" su anbarında uzun müddət istismarda olan 700 mm diametrli kollektor 1400 mm diametrli yeni kollektorla əvəz edilib. Yeni kollektorun istismara verilməsindən sonra burada daha böyük həcmdə su ehtiyatının toplanmasına və paylayıcı şəbəkəyə ötürülən suyun həcminin artırılmasına imkan yaranıb. Eyni zamanda, anbarların çıxışında nasosxanaları normal təzyiqli su ilə təmin etmək məqsədilə çıxış kollektorları yenilənib.

Qeyd edək ki, paytaxtın Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarının 220 mindən çox sakininə bu anbarlardan içməli su verilir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu ərazidə yaşayan sakinlərin fasiləsiz içməli su ilə təmin olunması üçün anbarlardan verilən suyun həcmi saniyədə 1,73 kubmetr olmalıdır. Halbuki hazırda ən yaxşı halda bu göstərici saniyədə 1,45 kubmetr təşkil edir. Digər tərəfdən indiyə qədər 185 min kubmetr tutumu olan anbar kompleksinə sutka ərzində maksimum 125 min kubmetr su yığmaq mümkün olurdu. Anbarlarda aparılan əsaslı yenidənqurma işlərindən sonra bu göstəricini 180 min kubmetrə çatdırmaq və tələbatdan da artıq - saniyədə 2,14 kubmetr su ötürmək imkanı yaranacaq.

Bununla da paytaxtın Xətai rayonunun əksər hissəsini, Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivini, Sabunçu rayonunun Bakıxanov qəsəbəsini, həmçinin Nizami rayonunun bir hissəsini fasiləsiz rejimdə içməli su ilə təmin etmək mümkün olacaq. Suyun təzyiqinin artması 44 ədəd məhəllədaxili nasos stansiyasının və bunlara aid su anbarlarının ləğvinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti