...

2012-ci ildə Azərbaycandakı çaylar boyunca 74 kilometrdən çox sahədə bəndlər möhkəmləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2012 20:35 (UTC +04:00)
"Meliorasiya və Su Təsərrüfatı" ASC 2012-ci ilin 8 ayı ərzində Kür, Araz və onlara qovuşan çaylardakı mövcud torpaq mühafizə bəndlərinin 74,1 km hissəsində hündürləndirmə və möhkəmləndirmə işləri aparıb.
2012-ci ildə Azərbaycandakı çaylar boyunca 74 kilometrdən çox sahədə bəndlər möhkəmləndirilib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir A.Axundov/

"Meliorasiya və Su Təsərrüfatı" ASC 2012-ci ilin 8 ayı ərzində Kür, Araz və onlara qovuşan çaylardakı mövcud torpaq mühafizə bəndlərinin 74,1 km hissəsində hündürləndirmə və möhkəmləndirmə işləri aparıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ASC-nin sədri Əhməd Əhmədzadə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

"Kür çayının uçmaya meyilli sahillərində 91,8 km məsafədə qayakəsmə işləri görülüb və 8 ədəd su keçidləri tikilib", - Əhmədzadə qeyd edib.

Onun sözlərinə görə, bundan başqa, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait (10,1 mln. manat) və Maliyyə Nazirliyinin əmri ilə ayrılmış vəsait (13 mln. manat) hesabına bəndlərdə 182,95 km məsafədə (Kür çayı 110,75 km, Araz çayı 43,8 km və Girdiman çayı 43,8 km) təmir-bərpa işləri, Kür çayının təhlükəli döngələrində 730 pm məsafədə daş tökmə ilə sahilbərkitmə işləri aparılıb.

"Cari ildə Meliorasiya və Su Təsərrüfatı üzrə büdcə və digər maliyyə mənbələri hesabına sentyabrın 1-i tarixinə tikinti obyektlərində 440628,51 min manat həcmində tikinti-quraşdırma işləri yerinə yetirilib", - Əhmədzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti