...

2012-ci ildə Azərbaycanda vegetasiya suvarması başlananadək 15 miyard kubmetrdən çox su toplanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr/Trend, müxbir A. Axundov/

Azərbaycanda vegetasiya suvarması başlananadək su anbarlarında 15,7 milyard kubmetr həcmində su toplanılıb ki, bu da cari ildə vegetasiya suvarmalarının mütəşəkkil keçirilməsinə şərait yaradıb. Trend-in məlumatına görə, bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibədə deyib.

"Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1351,8 min hektar sahədə orta hesabla 3,1 dəfə suvarılıb, o cümlədən taxıl 567323 hektarda 2,4 dəfə, pambıq 31192 hektarda 3,1 dəfə, tütün 1332 hektarda 4,1 dəfə, yem bitkiləri 441753 hektarda 3,3 dəfə, bostan-tərəvəz 70758 hektarda 4,5 dəfə, çoxillik əkmələr 83109 hektarda 3,2 dəfə və həyətyanı sahələr 156373 hektarda 4,0 dəfə suvarılıb", - Əhmədzadə bildirib.

Onun sözlərinə görə, hazırda payızlıq əkinlərin suvarılması davam etdirilir.

"Bütün suvarma mənbələrindən 6,5 milyard kubmertr su götürülüb və ayrıclardan su istifadəçilərinə 4,96 milyard kubmetr su verilib. Cari ilin 8 ayı ərzində kollektor-drenaj şəbəkələri vasitəsi ilə suvarılan sahələrdən 2,88 milyard kubmetr duzlu drenaj suları kənarlaşdırılaraq Xəzər dənizinə axıdılıb. Torpaq eroziyası və su itkisinə qarşı mübarizə məqsədi ilə kanallar, kollektorlar və digər su təsərrüfatı obyektləri boyunca 82 hektar sahədə yeni meşə zolaqları salınıb", - Əhmədzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti