...

AİB Azərbaycanda 2015-ci ilədək əməliyyatlar üzrə biznes planını yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2012 12:26 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) 2012-2014-cü illərdə Azərbaycanda əməliyyatlar üzrə biznes planını təsdiqləyib.
AİB Azərbaycanda 2015-ci ilədək əməliyyatlar üzrə biznes planını yeniləyib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Axundov/

Asiya İnkişaf Bankı (AİB) 2012-2014-cü illərdə Azərbaycanda əməliyyatlar üzrə biznes planını təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

"Hazırda AİB-in fəaliyyəti müvəqqəti əməliyyat strategiyası, ölkə üzrə strategiya və proqramın yenilənməsi ilə idarə olunur. Sonuncu yenilənmə 2006-cı ildə təsdiqlənib. Azərbaycan üçün ilk 2011-2013-cü illərə dair biznes planı 2011-ci ildə təsdiqlənib. İndi hazırlanan ölkə üzrə tərəfdaşlığın yeni strategiyası 2013-cü ildə təsdiq olunacaq", - AİB-in saytında dərc olunan biznes planının mətnində bildirilir.

2012-2014-cü illər üzrə biznes planı bundan əvvəlki planın yenilənməsidir.

"AİB əməliyyatları hökumətin prioriteti olan fiziki infrastrukturun dəstəklənməsində fokuslanmağa davam edəcək. 2012-2014-cü illər üzrə biznes planının prioritetləri nəqliyyat sektoru, şəhər xidmətləri və özəl sektorun inkişafıdır", - biznes planının mətnində deyilir.

AİB enerji sektoruna gələcəkdə dəstəyin mümkünlüyü üzrə hökumətlə dialoqu davam etdirir.

"Nəqliyyat infrastrukturunun yaxşılaşması səmərəliliyi və rəqabətə davamlılığı artırır, CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı) proqramı ilə əhatə olunmuş regionda və onun hüdudlarından kənarda əlaqələri möhkəmləndirir. Enerji və şəhər xidmətlərinin effektivliyinin artırılması ölkə iqtisadiyyatını gücləndirir və adamların həyat şəraitini yaxşılaşdırır", - sənəddə deyilir.

Bankda hesab edirlər ki, AİB-in Azərbaycanın nəqliyyat sektorunda iştirakı yoxsullar və qadınlar üçün əhəmiyyətli dərəcədə sərfəlidir.

"Su təminatı və kanalizasiya sahəsində AİB-in köməyi həyat şəraitini, iqtisadiyyatı və şəhər mühitini yaxşılaşdıracaq, kasıblara, məcburi köçkünlərə və qadınlar tərəfindən başçılıq edilən ev təsərrüfatları daxil olmaqla, bilavasitə ölkə əhalisinə fayda gətirəcək. Yaxşılaşma su ilə yayılan xəstəliklərin miqyasının azalmasını kömək edəcək", - sənəddə deyilir.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür.

Xəbər lenti

Xəbər lenti