...

Asiya İnkişaf Bankı 2015-ci ilədək Azərbaycanda layihələrin maliyyələşdirilmə həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2012 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir A.Axundov/

Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda təsdiq etdiyi layihələrin maliyyələşdirilməsinin ümumi həcmi 2012-2014-cü illər ərzində 575 milyon dollar təşkil edəcək.

Trend-in məlumatına görə, bu barədə bankın 2012-2014-cü illər üçün Azərbaycanda əməliyyatlar üzrə yenilənmiş iş planının mətnində deyilir.

"İş planı çərçivəsində təsdiq edilən layihələrə 2012-ci ildə 250 milyon dollar, 2013-cü ildə 155 milyon dollar, 2014-cü ildə isə 170 milyon dollar lazım olacaq", - sənəddə deyilir.

Bank adi kapital resurslarından 2012-2014-cü illər ərzində hər il 155 milyon dollar ayırmağı nəzərdə tutur.

"Ehtiyac yaranarsa, fondlaşdırma və maliyyələşdirmə üçün əlavə resursların təqdim edilməsi imkanları nəzərdən keçiriləcək. 2012-2014-cü illərdə texniki yardım çərçivəsində bank 3,25 milyon dollar ayırmağı planlaşdırır", - iş planında qeyd edilir.

2012-2014-cü illər üçün iş planı təsdiq edilmiş və nəzərdən keçirilən layihələri əhatə edir. Hələ baxılma ərəfəsində olan beş layihə üzrə bank 490 milyon dollar ayıra bilər.

"Hökumətin borclanma hazırlığı, adi kapital resurslarının bölüşdürülməsi və layihələrin hazırlıq səviyyələrindən asılı olaraq, nəzərdən keçirilən layihələr təsdiq edilə bilər. Layihələrə hər il yenidən baxılacaq və növbəti iş planlarında öz əksini tapacaqlar", - sənəddə deyilir.

Xəbər lenti

Xəbər lenti