...

Azərbaycanda qiymətli kağızlar bazarının vergitutma prosesləri dəqiqləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2012 13:25 (UTC +04:00)
Azərbaycanda qiymətli kağızlar bazarının vergitutma prosesləri dəqiqləşdiriləcək və konkretləşdiriləcək.
Azərbaycanda qiymətli kağızlar bazarının vergitutma prosesləri dəqiqləşdiriləcək

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda qiymətli kağızlar bazarının vergitutma prosesləri dəqiqləşdiriləcək və konkretləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, QKDK Vergilər Nazirliyi ilə birlikdə bu istiqamətdə işlər aparır.

"İşlər daha çox bazar üçün vergi güzəştlərinin təqdim edilməsinə nisbətən bu sahədə vergitutma prosedurlarının daha dəqiq və birmənalı olmasını təmin etməyə istiqamətlənib. Hesab edirik ki, Vergi Məcəlləsinə ediləcək dəqiqləşdirmələr və izahatlar ölkədə qiymətli kağızlar bazarının inkişafına təkan verəcək", - Aslanlı qeyd edib.

Xəbər lenti

Xəbər lenti