...

AİB Azərbaycandakı layihələri üzrə maliyyə idarəetməsi ilə bağlı məsləhətlərini verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2012 17:10 (UTC +04:00)
Oktyabrın 8-9-da Asiya İnkişaf Bankının (AİB) maliyyə idarə etməsi üzrə mütəxəssisi Su Yi Azərbaycana səfər edərək bankın maliyyələşdirdiyi layihələr üzrə maliyyə idarəetməsinin gücləndirilməsi ilə bağlı məsləhət verib.
AİB Azərbaycandakı layihələri üzrə maliyyə idarəetməsi ilə bağlı məsləhətlərini verib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Oktyabrın 8-9-da Asiya İnkişaf Bankının (AİB) maliyyə idarə etməsi üzrə mütəxəssisi Su Yi Azərbaycana səfər edərək bankın maliyyələşdirdiyi layihələr üzrə maliyyə idarəetməsinin gücləndirilməsi ilə bağlı məsləhət verib.

Bankın Azərbaycanda Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, o, AİB-in maliyyələşdirdiyi layihələr üzrə auditin aparılması barədə AİB qaydaları haqqında Azərbaycandakı audit şirkətləri məlumatlandırıb. Su Yi həm də bankın ictimai kommunikasiya siyasəti əsasında audit işlərinə aid bəzi məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı qaydaları izah edib.

AİB mütəxəssisi "Grant Thorton", "Baker Tilly", "Deloitte", "BKR Işık" kimi audit şikətlərində və Maliyyə Nazirliyində görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti