...

Azərbaycanda dəmiryol boyunca minə yaxın qanunsuz tikilinin sökülməsi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2012 12:07 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC dəmiryol xətləri boyunca tikilən minə yaxın qanunsuz yaşayış evi və digər obyektlərin sökülməsi ilə bağlı hökumətə müraciət edib.
Azərbaycanda dəmiryol boyunca minə yaxın qanunsuz tikilinin sökülməsi planlaşdırılır

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir H.Vəliyev/

"Azərbaycan Dəmir Yolları" QSC dəmiryol xətləri boyunca tikilən minə yaxın qanunsuz yaşayış evi və digər obyektlərin sökülməsi ilə bağlı hökumətə müraciət edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə QSC-nin sədri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, daha əvvəl ümumilikdə 3 minə yaxın tikilinin sökülməsi nəzərdə tutulurdu.

"Aparılan araşdırmalara əsasən, 3 minə yaxın tikili mütləq qaydada sökülməlidir", - Əsgərov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti