...

Azərbaycan 2013-cü il dövlət büdcəsi gəlirlərinin 12,4 faiz səviyyəsində artacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 10:40 (UTC +04:00)
Azərbaycanın 2013-cü il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsinə görə, gələn il dövlət büdcəsinin gəlirləri 19,154 milyard manat (2013 -cü il üzrə proqnozlaşdırılan ÜDM-in 34,2 faizi), xərcləri 19,81 milyard manat (ÜDM-in 35,2 faizi) təşkil edəcək.
Azərbaycan 2013-cü il dövlət büdcəsi gəlirlərinin  12,4 faiz səviyyəsində artacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın 2013-cü il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsinə görə, gələn il dövlət büdcəsinin gəlirləri 19,154 milyard manat (2013 -cü il üzrə proqnozlaşdırılan ÜDM-in 34,2 faizi), xərcləri 19,81 milyard manat (ÜDM-in 35,2 faizi) təşkil edəcək.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Gözləntilərə görə, 2013-cü ildə gəlirlər bu ilin proqnoz göstəricilərini 2,116 milyard manat, yaxud 12,4 faiz, 2011-ci ilin faktiki göstəriciləri ilə müqayisədə 3,453 milyard manat, yaxud 22 faiz üstələyəcək.

2013-cü ildə xərclər 2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci illə müqayisədə isə 28,7 faiz artacaq.

Büdcə kəsiri 656 milyon manat səviyyəsində (ÜDM-in 1,1 faizi) proqnozlaşdırılıb. 2012-ci ildə isə proqnoz 634 milyon manat (ÜDM-in 1,2 faizi) səviyyəsində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti