...

Azərbaycanda gömrük əməliyyatı və prosedurları üçün icazə verilməsi qaydaları təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 14:03 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Azərbaycanda gömrük əməliyyatı və prosedurları üçün icazə verilməsi qaydaları təsdiq edilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan Nazirlər Kabineti "Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Bu barədə Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir.

Gömrük orqanları tərəfindən icazə şəxslər tərəfindən aşağıdakı şərtlərə əməl edildikdə verilir: icazənin verilməsi üçün əsaslandırılmış müraciət təqdim olunduqda, gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri imkanlar yaradıldıqda, həmin icazənin verilməsi üçün müəyyən edilmiş bütün tələblər yerinə yetirildikdə.

Gömrük orqanı tərəfindən icazə şifahi, kağız üzərində yazılı və ya elektron formalarda verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti