...

Azərbaycanın xarici ticarətin profisiti 11 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) yanvar-sentyabr aylarında dünyanın 149 ölkəsi ilə aparılan xarici ticarət əməliyyatlarının yekunlarını elan edib. Bu barədə şənbə günü Trend-ə komitədən bildiriblər.

Ölkənin ümumi mal dövriyyəsi 24,556 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 7,67 faiz azdır.

Xarici ticarət əməliyyatlarında 11,026 milyard dollar həcmində müsbət saldo yaranıb.

Bu müddət ərzində xarici ticarət əməliyyatlarında 7595 hüquqi və fiziki şəxs qeydə alınıb. Onlardan 3510-u hüquqi, 4085-i isə fiziki şəxsdir.

2012-ci ilin ilk 9 ayı ərzində ölkənin ixrac əməliyyatları 17,791 milyard olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,9 faiz azdır.

İxracda dövlət sektorunun payı 16,83 milyard dollar (94,6 faiz), özəl sektorun payı 849,7 milyon dollar (4,78 faiz), fiziki şəxslərin payı isə 110,74 milyon dollar (0,62 faiz) təşkil edib.

Yanvar-sentyabrda idxal 6,765 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,24 faiz azdır.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,38 milyard dollar (20,4 faiz), özəl sektor - 5,08 milyard dollar (75,15 faiz), fiziki şəxslərin payı isə 298,41 milyon dollar (4,4 faiz) olub.

Yanvar-sentyabr ayları ərzində Azərbaycandan 1992 növdə mal ixrac, ölkəyə isə 6024 növdə mal idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti