...

Azərbaycanda yükdaşıma tarifləri ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2012 18:24 (UTC +04:00)
2012-ci ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,5 faiz və 0,1 faiz azalıb.
Azərbaycanda yükdaşıma tarifləri ucuzlaşıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin sentyabr ayında nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,5 faiz və 0,1 faiz azalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəmiryol nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 9,9 faiz, yerli əlaqə üzrə 7,8 faiz, ixrac üzrə 0,8 faiz, tranzit üzrə 1,7 faiz, həmçinin MDB ölkələrinə sərnişindaşıma tarifləri 7 faiz ucuzlaşıb.

Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,1 faiz ucuzlaşıb. Hava nəqliyyatında xarici ölkələrə sərnişindaşıma tarifləri 0,1 faiz, MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri isə müvafiq olaraq 0,7 faiz və 10,5 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz ucuzlaşıb.

Telekommunikasiya sahəsində internet tarifləri 13 faiz ucuzlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti