...

Sudan Azərbaycan investisiyalarının cəlb edilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 09:30 (UTC +04:00)
Sudanda Azərbaycan investorları üçün xeyli perspektivlər mövcuddur. Bu barədə şənbə günü Trend-ə Sudanın ticarət və iqtisadiyyat naziri Osman Ömər Əli deyib.
Sudan Azərbaycan investisiyalarının cəlb edilməsində maraqlıdır

Türkiyə, İstanbul, 13 oktyabr /Trend, xüsusi müxbir İ.Xəlilova/

Sudanda Azərbaycan investorları üçün xeyli perspektivlər mövcuddur. Bu barədə şənbə günü Trend-ə Sudanın ticarət və iqtisadiyyat naziri Osman Ömər Əli deyib.

"Sudan Azərbaycan investisiyalarının xüsusilə kənd təsərrüfatı, heyvandarlıq və digər sahələrə cəlb edilməsində maraqlıdır", - nazir qeyd edib.

Onun sözlərinə görə, Sudan investisiya sektorunda Azərbaycan ilə əməkdaşlığın inkişafına hər cür yardım etməyə hazırdır.

"Biz bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığın inkişafında çətinliklərin aradan qaldırılmasına kömək etməyə şad olarıq", - nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti