...

İqtisadi İnkişaf Nazirliyinə 16 mindən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 16:04 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə sentyabr ayı ərzində 350-dən çox müraciət daxil olub.
İqtisadi İnkişaf Nazirliyinə 16 mindən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə sentyabr ayı ərzində 350-dən çox müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.

Ümumilikdə isə İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 16500-dən çox müraciət edilib.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müraciətlərə müvafiq cavablar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti