...

“AtaBank”ın əsas maliyyə göstəricilərində yüksəliş müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 12:27 (UTC +04:00)
Azərbaycanın bank sektorunda liderlərdən biri olan “AtaBank” ASC 2012-ci ilin 9 ayı üçün nəticələri açıqlayıb.
“AtaBank”ın əsas maliyyə göstəricilərində yüksəliş müşahidə olunur

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Azərbaycanın bank sektorunda liderlərdən biri olan "AtaBank" ASC 2012-ci ilin 9 ayı üçün nəticələri açıqlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, əsas maliyyə göstəricilərinə əsasən, ötən illə müqayisədə hər bölmə üzrə daha yüksək nəticələr əldə olunmuşdur.

2012-ci il sentyabrın 30-a olan göstəricilərə görə, "AtaBank"ın müddətli depozit portfeli 178.7 mln. manat təşkil etmişdir. 2011-ci ilə nisbətdə bu, 15.6 mln. manat, yaxud 9.6 % artım deməkdir. Digər göstəricilərə gəlincə, qurumun balans kapital portfelinin həcmi 36.3 mln. manatdan çox vəsait təşkil etmişdir. Xatırladaq ki, 2011-ci il üçün bu göstərici 31.8 mln. manata yaxın olduğundan, 4.5 mln. manat (14 %) artım olmuşdur.

Ölkənin ən etibarlı maliyyə strukturlarından biri olan "AtaBank"ın uğurlu fəaliyyəti nəticəsində bu müddət ərzində banka daha çox vəsait cəlb etmək mümkün olmuşdur. Belə ki, bu ilin 9 ayı ərzində fiziki şəxslərdən 118.4 mln. manat vəsait toplanılmışdır. Ötən ilə nisbətən bu vəsaitlərin həcmində 16.2 % (16.5 milyon manat) artım baş vermişdir. 2012-ci ilin oktyabrına qədər həmçinin hüquqi şəxslərdən 24.4 mln. manat əldə olunmuşdur ki, bu da öz növbəsində 4.5% (1 mln. manatdan çox) müsbət dinamikanın olduğunu göstərir.

Fiziki və hüquqi şəxslərlə yanaşı, dövlət fondlarından cəlb edilən vəsaitlərin həcmində də artım əldə etmək mümkün olmuşdur. Sahibkarlığa Kömək Milli Fondundan cəlb olunan vəsaitin məbləği bu dövr üçün 24.6 milyon manata çatıb.

Elektron ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız ödəmələrin stimullaşdırılması məqsədilə "AtaBank" bu il ərzində POS-terminalların sayını çoxaldıb. Artıq bankın ticarət mərkəzləri və digər aidiyyəti obyektlərdə quraşdırdığı cihazların sayı 9 mini keçib. Belə ki, bu ilin oktyabrına qədər "AtaBank" 9351 POS-terminala malikdir. Qeyd edək ki, ilin əvvəlinə bankın POS-terminallarını sayı 604 idi.

"AtaBank" ASC 1993-cü ildən fəaliyyət göstərir və hazırda Azərbaycanın ən böyük kommersiya təşkilatlarından biridir. Korporativ və fərdi müştərilərə tam xidmətlər kompleksini təqdim edən "AtaBank" yüksək texnologiyalı universal bank sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti