...

"DəmirBank" Qurban bayramı münasibətilə "Şimşək" pul köçürmələrini pulsuz həyata keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 15:16 (UTC +04:00)
"DəmirBank" sosial yönümlü fəaliyyətinə uyğun olaraq, müqəddəs Qurban bayramı münasibətilə "Şimşək" ölkədaxili təcili pulköçürmə sistemi üzrə köçürmə edən müştərilərdən komissiya haqqı tutmayacaq.
"DəmirBank" Qurban bayramı münasibətilə "Şimşək" pul köçürmələrini pulsuz həyata keçirəcək

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

"DəmirBank" sosial yönümlü fəaliyyətinə uyğun olaraq, müqəddəs Qurban bayramı münasibətilə "Şimşək" ölkədaxili təcili pulköçürmə sistemi üzrə köçürmə edən müştərilərdən komissiya haqqı tutmayacaq.

Bankdan Trend-ə verilən məlumata görə, bu aksiya 17-24 oktyabr 2012-ci il müddətini əhatə edəcək.

DəmirBank-ın "Şimşək" sistemi vasitəsilə 7 dəqiqə ərzində ölkə daxilində pul vəsaitini köçürmək və ya almaq mümkündür. Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər.

Hazırda DəmirBank-ın 31 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

"DəmirBank", həmçinin, əhaliyə 200-dək ölkə üzrə beynəlxalq pulköçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Contact, Zolotaya Korona, Migom, Coinstar, Blizko, UPT, Lider, PrivatMoney sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir.

DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Bankın təcili pulköçürmə xidmətləri barədə bankın www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti