...

Cəzaçəkmə müəssisəsində biznes mövzusunda treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 18:00 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 22-də 11 saylı cəzaçəkmə müəssisəsində "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzularında treninqlər keçirilib.
Cəzaçəkmə müəssisəsində biznes mövzusunda treninqlər keçirilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 22-də 11 saylı cəzaçəkmə müəssisəsində "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzularında treninqlər keçirilib.

Trend-in məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, 11 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları, eləcə də 50-dən çox azadlıqdan məhkum edilmiş şəxslər iştirak edib.

"Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə iştirakçılara biznesin mahiyyəti, biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq tədbirləri, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib, "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzularında təqdimatlar keçirilib.

Tədbirdə, həmçinin, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydalar, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti