...

Dövlət Komitəsi: Azərbaycanda xüsusi mərkəzlərə avtomobillərin texniki baxışı üçün səlahiyyət verilməsinin vaxtı çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 14:15 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobil nəqliyyat vasitələrinin texniki baxışının həyata keçirilməsi üçün ixtisaslaşmış mərkəzlərin akkreditasiyası məsələsini nəzərdən keçirir.
Dövlət Komitəsi: Azərbaycanda xüsusi mərkəzlərə avtomobillərin texniki baxışı üçün səlahiyyət verilməsinin vaxtı çatıb

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir H. Vəliyev/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobil nəqliyyat vasitələrinin texniki baxışının həyata keçirilməsi üçün ixtisaslaşmış mərkəzlərin akkreditasiyası məsələsini nəzərdən keçirir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsi tərəfindən dövlət gömrük komitəsinin laboratoriyası akkreditasiyadan keçirilib. Laboratoriya respublikaya idxal edilən avtomobillərin texniki baxışını həyata keçirmək səlahiyyətinə malikdir.

Laboratoriya bütün zəruri avadanlığa və ixtisaslaşmış işçi heyətinə malikdir ki, bu da akkreditasiya zamanı əsas meyardır.

"Daxili bazara gəlincə, avtomobillər texniki baxışdan hələlik Dövlət Yol Polisi İdarəsində keçirlər. Lakin güman edirəm ki, artıq bu səlahiyyətlərin texniki baxış keçirmək üçün zəruri imkanlara malik ixtisaslaşmış mərkəzlərə verilməsinin vaxtı çatıb", - Həsənov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti