...

Türkiyədə daşınmaz əmlak almağa daha çox Almaniya vətəndaşları maraq göstərirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə əcnəbi vətəndaşlara daşınmaz əmlak almağa imkan verən qanunun qəbul edildiyi vaxtdan, yəni 2012-ci ilin avqustundan əcnəbilər ümumi sahəsi 1,16 milyon kvadrat metr olan daşınmaz əmlak alıblar. Bu barədə bazar ertəsi Türkiyənin topraq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanının hesabatında deyilir.

Hesabatda göstərilir ki, avqustdan Türkiyədə əcnəbilər tərəfindən 2,578 min ədəd daşınmaz əmlak alınıb. Göstərilən dövrdə Almaniya vətəndaşları tərəfindən daha çox daşınmaz əmlak alınıb. Bu ölkənin 561 vətəndaşı Türkiyədə 789 min kvadrat metr daşınmaz əmlak alıb. Almaniyadan sonra ümumi sahəsi 35 min kvadrat metr olmaqla Rusiya gəlir. Bu ölkədə daşınmaz əmlak alan Böyük Britaniya vətəndaşlarının sayı isə 521 nəfərdir.

2012-ci ilin avqustundan üç Azərbaycan vətəndaşı Türkiyədə ümumi sahəsi 2,6 min kvadrat metr olan daşınmaz əmlak alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti