...

AYİB Azərbaycanın iqtisadı artımı üzrə proqnozu yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2012 19:09 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib.
AYİB Azərbaycanın iqtisadı artımı üzrə proqnozu yeniləyib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir C.Nəsibova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib. Bu proqnozlara əsasən, 2012-ci ilin sonuna ÜDM-in real artımı iki faiz səviyyəsində gözlənilir. 2013-cü il üçün proqnoz 3 faiz təşkil edir.

Trend-in məlumatına görə, bu barədə AYİB-in bazar ertəsi dərc edilən iqtisadi məruzəsində deyilir.

"Ölkə iqtisadiyyatının şaxələndirilməsi vacib olaraq qalır, çünki neft sektorundan asılılıqla bağlı risklər dünya bazarlarında neftin qiyməti azalan zaman aşkar oldu. Lakin Azərbaycanın çox güclü maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmaqda davam edir", - məruzədə deyilir.

AYİB ekspertlərinin fikrincə, Azərbaycanda neft hasilatı həcmlərinin azaldılması qeyri-neft sektorunun güclü artımı ilə qismən kompensasiya edilib ki, bu da əsasən büdcə xərcləri ilə stimullaşdırılıb.

Məruzəyə əsasən, 2012-ci ili nəticələri üzrə birbaşa xarici investisiyaların həcmi ÜDM-in 1,4 faizi səviyyəsində proqnozlaşdırılır.

Tədiyyə balansının cari əməliyyatlarının profisit hesabı ilin yekunları üzrə ÜDM-in 26,5 faizi həcmində gözlənilir.

AYİB 2012-ci ilin yekunları üzrə istehlakçı inflyasiyanı 1,5 faiz səviyyəsində proqnozlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti