...

London-Bakı aviareysi təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2012 17:13 (UTC +04:00)
"British Airways" şirkətinin həyata keçirdiyi London-Bakı aviareysi təxirə salınıb.
London-Bakı aviareysi təxirə salınıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.İsmayılov/

"British Airways" şirkətinin həyata keçirdiyi London-Bakı aviareysi təxirə salınıb. Bu barədə cümə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq hava limanından məlumat verilib.

Məlumata görə, təyyarə Bakıya yerli vaxtla saat 19:30-da gəlməli idi. Lakin dumanla əlaqədar uçuş təxirə salınıb.

"Aviareysin təxirə salınmasına səbəb kimi hava şəraitinin uçuş üçün əlverişsiz olduğu göstərilir", - aeroportdan deyiblər.

Londondan reysin təxirə salınması ilə əlaqədar Bakı-London marşrutu üzrə reys də təxirə salınıb. Təyyarə Bakıdan saat 20:30-da uçmalı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti