...

Azərbaycan bankı 2013-cü ildə filial şəbəkəsini genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2012 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı,12 dekabr /Trend, müxbir C.Nəsibova/

Gələn il "Bank VTB" (Azərbaycan) Bakıda daha dörd filial açmağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə Pərakəndə biznesin inkişafı departamenetinin rəhbəri, "Bank VTB" (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü İlnur Salahov bildirib.

"Strategiyamıza uyğun olaraq, gələn il hər üç aydan bir Bakıda "Bank VTB"nin yeni filialı açılacaq", - Salahov bildirib.

Onun sözlərinə görə, iki filialın açılması ilə əlaqadar artıq müəyyən işlər görülür.

"Lakin bu gün "Bank VTB" (Azərbaycan) cəmi iki filiala malikdir və biz filial şəbəkəsini genişləndirməyi planlaşdırırıq, çünki xidmət və satış nöqtələrinin kifayət sayda olması müştərilərin cəlb edilməsi üçün mühüm amildir. Biz şəhərin infrastrukturunu nəzərə almaqla müştərilər üçün ən rahat yerlərdə filiallar açmağa çalışırıq", - Salahov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti