...

2012-ci ildə Azərbaycanda genişləndirilmiş pul bazası il ərzində 10 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Dekabr 2012 22:07 (UTC +04:00)
2012-ci ildə Azərbaycanda manatla pul bazası ötən ildəki fenomenal artım templərinə qayıdıb.
2012-ci ildə Azərbaycanda genişləndirilmiş pul bazası il ərzində 10 faizdən çox artıb

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

2012-ci ildə Azərbaycanda manatla pul bazası ötən ildəki fenomenal artım templərinə qayıdıb.

Azərbaycan Mərkəzi Bankının statistik məlumatına əsasən, noyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda genişləndirilmiş pul bazası 9291,3 milyon manat təşkil edib.

Oktyabrın 1-də bu rəqəm 9299,8 milyon manat (mütləq rekord), 2012-ci il yanvarın 1-də 8275,3 milyon manat və 2011-ci il noyabrın 1-də 7189,7 milyon manat təşkil edib.

AMB-nin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda genişləndirilmiş pul bazası 9365,1 milyon manat təşkil edib.

AMB-nin məlumatına görə, illik hesablamada pul bazası ilin əvvəlindəki 10,3 faizlə müqayisədə 28,8 faiz artıb. Bu rəqəm 2011-ci il noyabrın 1-də 7270,4, 2012-ci il yanvarın birində 8489,4 milyon manat təşkil edib.

Hesabat dövründə dövriyyədə olan pulların həcmi 8887,5 milyon manat olub. Ötən ilin analoji dövründə bu göstərici 6849,3 milyon manat, 2012-ci il yanvarın 1-də isə 7658,5 milyon manat təşkil edib.

Öz növbəsində, bank ehtiyatları 458,8 milyon manat olub ki, bu da 2011-ci il noyabrın 1-nə olan göstəricidən 12 faiz çox (409,6 milyon manat), 2012-ci il yanvarın 1-nə olan göstəricidən isə 55,5 faiz (826,4 milyon manat) az olub.

Dövriyyədəki nağd pul kütləsinin pul bazasına nisbəti hesabat dövründə 94,9 faiz artıb. 2011-ci il noyabrın 1-nə bu göstərici 94,2 faiz, 2012-ci il yanvarın 1-nə isə 90,2 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti