...

"Paşa Həyat" bölgələrdə filial şəbəkəsinin genişləndirilməsinə istiqamət alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2013 13:48 (UTC +04:00)
"Paşa Həyat" həyat sığortası şirkəti ölkənin bölgələrində filial şəbəkəsi və nümayəndəliklərinin genişləndirilməsinə istiqamət alıb.
"Paşa Həyat" bölgələrdə filial şəbəkəsinin genişləndirilməsinə istiqamət alıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A.Axundov/

"Paşa Həyat" həyat sığortası şirkəti ölkənin bölgələrində filial şəbəkəsi və nümayəndəliklərinin genişləndirilməsinə istiqamət alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin Risklərin idarə edilməsi şöbəsinin müdiri Pərviz Quliyev mətbuat konfransında deyib.

"Bu ilin sonunadək bölgələrdə dörd filial və nümayəndəlik açmağı planlaşdırırıq", - Quliyev qeyd edib.

Onun sözlərinə görə, şirkət hər bir filial və nümayəndəliyinin ətrafında sığorta agentləri şəbəkəsini genişləndirməyi planlaşdırır.

Hazırda şirkətin Azərbaycanda bir filialı Sumqayıt şəhərində fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti