...

Yeni Ford Focus - hər cizgidə gözəllik (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2013 15:04 (UTC +04:00)
Ford Azərbaycan Ford markasının ən populyar nümayəndələrindən olan, cəlbedici dizaynı, rahat interyeri və gözəl manevr qabiliyyəti ilə seçilən, sürücüyə idarəetmədən həzz almaq imkanı yaradan yeni FORD FOCUS avtomobili üçün sərfəli şərtlər təklif edir.
Yeni Ford Focus - hər cizgidə gözəllik (FOTO)

Ford Azərbaycan Ford markasının ən populyar nümayəndələrindən olan, cəlbedici dizaynı, rahat interyeri və gözəl manevr qabiliyyəti ilə seçilən, sürücüyə idarəetmədən həzz almaq imkanı yaradan yeni FORD FOCUS avtomobili üçün sərfəli şərtlər təklif edir. İndi bu avtomobili bank və sığorta xərcləri daxil cəmi 3500 AZN ilkin ödəniş etməklə əldə etmək mümkündür. 1 illik sığorta xərci müştərilərə hədiyyə olunur.

1,6 litr həcmə malik 125 at gücündə mühərriklə təchiz olunmuş, 4 pilləli avtomat transmissiyaya malik Ford Focus keyfiyyəti və etibarlılığı sayəsində müştərilərin rəğbətini qazana bilib.

Kinetik dizayn fəlsəfəsinə əsaslanaraq hazırlanmış Yeni Ford Focus dinamik xarici görünüşü sayəsində ilk baxışdan nəzərləri cəlb edir. Yeni Focus 5 qapılı xetçbek, 4 qapılı sedan və 5 qapılı universal variantlarında təklif edilir.

Yeni Ford Focus bütün yol şəraitlərində - istər sıx şəhər küçələrində, istərsə də yüksək sürətli avtomagistrallarda son dərəcə dəqiq idarəetməni təmin edir. Ön asma effektiv amortizatorlar və yeni konstruksiyalı yaylarla təchiz edilmişdir ki, bu da sürücü və sərnişinlərin rahatlığını artırmaqla yanaşı salondakı səsin minumuma endirilməsini təmin edir.

Təkmilləşdirilmiş təkər bazası yüksək dayanıqlılığı təmin etməklə yanaşı ən sərt şəhər döngələrində belə inamlı idarəetməyə zəmanət verir.

Standart komplektasiyalarda mövcud olan zəngin texniki xüsusiyyətlərə əlavə olaraq Ford Focus yüksək səviyyəli avtomobillərə xas olan ən son texnoloji xüsusiyyətlərlə təchiz olunub

Yeni Focus modelinin işıqlandırma sistemi gecə yürüşünü daha inamlı və təhlükəsiz edir. Avtomobilə qaranlıq çökən zaman avtomatik olaraq işə düşən faralar, bi-ksenon faralar (halogen faralardan daha parlaqdır) quraşdırılıb. Həmçinin yeni arxa diod faralar adi faralarla müqayisədə daha tez və parlaq işıqlanır. Bu həmçinin avtomobilin digər avtomobillər tərəfindən daha tez müəyyən olunmasına imkan verir.

Yeni Focus operativ olaraq ətraf şəraitin dəyişməsinə reaksiya göstərir. Avtomobilin bütün şüşə siliciləri yağış və ya qar başlayan andan avtomatik olaraq işə salınır. Arxa parkinq göstəriciləri isə manevrləri asanlaşdırır. Parkinq göstəricisinin səs siqnalı arxa bamper və maneə arasındakı məsafəni qiymətləndirməyə imkan verir. Bu halda siz özünüzü rahat və əmin hiss edəcəksiniz.

Ətraflı məlumatı Ford salonundan və www.ford.az saytından, həmçinin www.facebook.com/FordAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.

"FNC Motors" şirkəti 2003-cü ildən Azərbaycan bazarında "Ford" avtomobillərinin rəsmi idxalçısıdır. Şirkət Ford markalı avtomobillərin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "FNC Motors" Salonundan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "FNC Motors" bütün fəaliyyətini beynəlxalq standartın tələbləri əsasında həyata keçirir.

Əlavə məlumat üçün ünvan və telefonlar:
Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai pr., 36 (Təhsil Nazirliyi ilə üzbəüz)
Telefonlar: (+994 12) 496 00 21, 490 01 10,
E-mail: [email protected]
Rəsmi sayt: www.ford.az
Facebook səhifəsi: http://www.facebook.com/fordazerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti