...

Azərbaycanda tütünün qiymətinin artırılması üçün zəmin yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2013 17:01 (UTC +04:00)
Azərbaycanda tütün məhsullarının qiymətinin artırılması üçün ilkin şərt yoxdur, bununla yanaşı, bu gün siqaretlərin qiymətində artım müşahidə olunur.
Azərbaycanda tütünün qiymətinin artırılması üçün zəmin yoxdur

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanda tütün məhsullarının qiymətinin artırılması üçün ilkin şərt yoxdur, bununla yanaşı, bu gün siqaretlərin qiymətində artım müşahidə olunur.

Tütün məmulatları Azərbaycanın bəzi ticarət obyektlərində hər siqaret qutusu üzrə 0,10-0,40 manat artıb.

Trend-ə cümə günü Vergilər Nazirliyindən və Dövlət Gömrük Komitəsindən bildiriblər ki, bu faktlar tütün məhsulları üzrə aksiz vergilərinin dərəcəsinin dəyişməsi ilə bağlı deyil. Ölkə daxilində istehsal olunan məhsullar üzrə vergi aksizlərinin dərəcələri Vergi Məcəlləsi, idxal olunan məhsullar isə Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir.

Hazırda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yerli bazarda qiymət artımının səbəblərini öyrənir.

Azərbaycanın daxili istehsal hesabına tütün məhsullarına tələbatın 50 faizini təmin etməsi səbəbindən dünya bazarlarında qiymətlərin artımı da ölkəyə idxal olunan məhsulların qiymətinə təsir etməyə bilər.

Yerli bazarda siqaterlərə olan ümumi tələbat ildə 10 milyard ədəd siqaret və ya 900-1100 min ədəd qutudan az olmayaraq (hər birində 500 qutu siqaret) təşkil edir.

Ötən il daxili bazarda 4300 ton tütün istehsal olunub ki, bu da inişillə müqayisədə 19,3 faiz artım deməkdir.

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da siqaret çəkənlərin sayı artır.

İqtisadi artımın yüksək tempi və əhalinin rifah halının artması ilə əlaqədar azərbaycanlılar dünya brendlərinə üstünlük verirlər. Bu, spirtli içkilərə, siqaretlərə və başqa tütün məmulatlarına, avtomobil vasitələrinə aiddir.

Azərbaycan siqaretləri əsasən Rusiya, İngiltərə və ABŞ-dan idxal edir.

Bundan başqa, yerli tütün məhsullarının olması nəzərə alınmaqla, dünya brendləri olan siqaretlərin xarici idxalçıları onların qiymətlərini Azərbaycan ərazisində əhəmiyyətli dərəcədə artıra bilməzlər.

Azərbaycanda yeganə siqaret istehsalçısı "European Tobacco Baku"dır. Oradan da qiymətlərin əvvəlki səviyyədə saxlandığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti