...

Mərkəzi Bank inflyasiyanı 5-6 faiz səviyyəsində saxlamaq üçün çevik pul siyasəti yürüdəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2013 18:05 (UTC +04:00)
2012-ci il həyata keçirilən uğurlu sosial-iqtisadi strategiya nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələnməsində mühüm illərdən biri olub, ölkə orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov şənbə günü keçirilən iclasda bildirib.
Mərkəzi Bank inflyasiyanı 5-6 faiz səviyyəsində saxlamaq üçün  çevik pul siyasəti yürüdəcək (FOTO)

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İ.Xəlilova/

2012-ci il həyata keçirilən uğurlu sosial-iqtisadi strategiya nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələnməsində mühüm illərdən biri olub, ölkə orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov şənbə günü keçirilən iclasda bildirib.

"Əhalinin rifah halının yüksəlməsi prosesi sürətlənmiş, strateji valyuta ehtiyatları artaraq qeyri-neft ümumi daxili məhsulun həcmini üstələyib"-İdarə heyətinin sədri qeyd edib.

Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 14% artaraq 12 mlrd. dollara yaxınlaşmışdır. Mərkəzi Bank özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırmışdır. Ölkənin tədiyə balansında iri həcmli profisitin mövcud olması ilə əlaqədar valyuta bazarında təklifin tələbi üstələdiyi şəraitdə məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 1.5 mlrd. ABŞ dolları həcmində alışyönlü valyuta sterilizasiyası həyata keçirilmişdir. Nəticədə, dövr ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0.2% möhkəmlənmişdir.

Ümumilikdə Rüstəmov 2012-ci ilin nəticələrini müsbət qiymətləndirib və qeyd edib ki, Mərkəzi Bank 2013-cü ildə də qarşıya qoyulan sosial-iqrtisadi inkişaf hədəflərinin realizasiyasında fəal iştirak edəcək. İnflyasiya 5-6% səviyyəsində hədəfənəcək, bunun üçün çevik pul siyasəti, o cümlədən sabit, lakin ixraca dəstək verə bilən səviyyədə məzənnə siyasəti yürüdüləcək.

"Çevik makroiqtisadi siyasət, o cümlədən Mərkəzi Bankın pul siyasəti nəticəsində 2012-ci ildə inflyasiya aşağı birrəqəmli səviyyədə olub. Manatın məzənnəsi makroiqtisadi sabitlikdə mühüm rol oynamışdır. Bank sektorunda maliyyə sabitliyi və dayanıqlıq təmin olunmuş, sektorun iqtisadiyyatda maliyyə vasitəçiliyi rolu daha da yüksəlmişdir. Maliyyə xidmətlərinə çıxış imkanları genişlənmiş, regional maliyyə infrastrukturu inkişaf etmiş, bank sisteminə inam yüksəlmiş, əhalinin əmanətləri artıb", -o qeyd edib.

"Mərkəzi Bank ödəniş infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Kütləvi ödənişlər sisteminin əhatəsi regionlara doğru genişləndirilmiş, POS-terminalların və ödəniş kartları vasitəsilə hesablaşmaların miqyasının daha da artırılması üzrə tədbirlər davam etdirilmişdir. Ölkədə nağdsız dövriyyənin artırılması istiqamətində tədbirlər həyata keçirilib", -məlumatda deyilir.

"Mərkəzi Bankda yeni strateji plan çərçivəsində qəbul olunan layihələr 2012-ci ildə uğurla həyata keçirilib. Strateji planın realizasiyası həlledici mərhələyə daxil olmuşdur. Bankın fəaliyyətinin bütün istiqamətlərinin modernləşdirilməsi üzrə insentiv iş aparılmışdır. Bankın institusional inkişaf prosesi sürətlənmiş, insan resurslarının inkişafına diqqət artırılmış, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib"- sonda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti