...

"Unibank" istehlak kreditləri üzrə faizləri aşağı saldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2013 20:48 (UTC +04:00)
Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, "Unibank"ın yeni aksiyası çərçivəsində müştərilər 6% daha ucuz kredit əldə edə biləcəklər. 3-6 aylıq müddətə nağd kredit əldə edən yeni müştərilərə "Unibank"da 6% endirim tətbiq edilir. Bu kampaniya fevralın 28-dək qüvvədədir.
"Unibank" istehlak kreditləri üzrə faizləri aşağı saldı

Azərbaycan, Bakı, 4 fevral /Trend/

"Unibank" kredit faizlərini kəskin aşağı saldı.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, "Unibank"ın yeni aksiyası çərçivəsində müştərilər 6% daha ucuz kredit əldə edə biləcəklər. 3-6 aylıq müddətə nağd kredit əldə edən yeni müştərilərə "Unibank"da 6% endirim tətbiq edilir. Bu kampaniya fevralın 28-dək qüvvədədir.

"Unibank"ın nağd kreditlərində minimal əməkhaqqına və paytaxt qeydiyyatına tələb yoxdur. Artıq bankın kreditlərindən 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı faydalana biləcək.

"Unibank" müştəriləri üçün arayışsız kreditlərin həcmini də 5000 AZN-dək (6200 USD) artırdı. İş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsilə verilən arayışsız kreditləri, bankın bütün paytaxt və rayon filiallarında almaq mümkündür. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti