...

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə yığımlar 11 milyon dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2013 14:48 (UTC +04:00)
2013-cü il fevralın 4-nə olan məlumata əsasən, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi"ndə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 5794 sığorta tələbi qeydiyyata alınıb.
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığortası üzrə yığımlar 11 milyon dollara çatıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir A.Axundov/

2013-cü il fevralın 4-nə olan məlumata əsasən, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemi"ndə İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən müvafiq icbari sığorta növü üzrə ümumilikdə 5794 sığorta tələbi qeydiyyata alınıb.

Trend-in Büronun saytına istinadən verdiyi məlumata görə, qeydiyyata alınmış sığorta tələblərindən 5373-ü üzrə sığorta ödənişləri həyata keçirilib, 34 sığorta tələbi üzrə sığorta ödənişi verilməsindən imtina olunub, 177 sığorta tələbi isə hazırda baxılma mərhələsindədir.

Sığorta tələbləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği isə 8,5 milyon manata yaxın olub.

2013-cü ilin yanvar ayında İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 49,4 mindən çox sığorta müqaviləsi bağlanılıb ki, bunların da 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.

2013-cü il yanvar ayı ərzində bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 3,6 milyon manat olub.

Ötən ilin yanvar ayı ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bağlanmış müqavilələrinin sayında 53 faiz artım olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti