...

Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2013 13:15 (UTC +04:00)
İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsindən keçən uzun müddətdir istismarda olan 355 mm diametrli çuqun borulardan ibarət 1200 metrlik magistral su xətti polietilen borularla əvəzlənib.
Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 5 fevral /Trend/

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi X.Xasməmmədov küçəsindən keçən uzun müddətdir istismarda olan 355 mm diametrli çuqun borulardan ibarət 1200 metrlik magistral su xətti polietilen borularla əvəzlənib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərsu" ASC-nin yaydığı məlumatda deyilir.

Hazırda yeni xəttin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar fevralın 5-də gün ərzində Sabunçu rayonu Bakıxanov qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti