...

Yanvar ayında Azərbaycanda istehlak inflyasiyası 1,2 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2013 13:58 (UTC +04:00)
2013-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətlərinin 0,6 faiz, qeyri-ərzaq mallarının 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla müqayisədə 3 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşmasına səbəb olub.
Yanvar ayında Azərbaycanda istehlak inflyasiyası 1,2 faiz təşkil edib

Azərbaycan, Bakı, 5 fevral /Trend/

2013-cü ilin yanvar ayında ərzaq məhsullarının qiymətlərinin 0,6 faiz, qeyri-ərzaq mallarının 0,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin əvvəlki ayla müqayisədə 3 faiz bahalaşması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 1,2 faiz bahalaşmasına səbəb olub.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Düyünün, qarabaşaq yarmasının, toyuq ətinin, hind toyuğunun, kərə yağının, şəkər və şəkər tozunun, portağalın, bananın, çuğundurun, kökün, göbələyin qiymətlərində ucuzlaşma, çörəyin, makaron məmulatlarının, təzə balığın, zeytun yağının, xamanın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, şabalıdın, xiyar və pomidorun, bibərin, badımcanın, sarımsağın, kartofun, kələmin qiymətlərində bahalaşma müşahidə olunub.

Qeyri-ərzaq mallarından elektrik lampalarının, mikserin, videokameranın, minik avtomobilinin, velosipedin, oyuncaqların qiymətləri ucuzlaşıb, parçaların, geyim və ayaqqabıların, inşaat materiallarından sulu boyanın, parket və laminat parketin, mebellərdən mətbəxt üçün mebel dəstinin, mətbəx üçün stolun, təzyiq ölçmək üçün aparatın, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb..

Yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı və notarial xidmətləri tariflərində bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti