...

Azərbaycanın ÜTT-yə üzv olması üzrə danışıqların növbəti raundu ilin I yarısında keçirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2013 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına dair ikitərəfli danışıqların növbəti raundu cari ilin ilk yarısında keçirilə bilər. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın ÜTT-yə üzv olması üzrə danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Azərbaycanın ÜTT-yə üzv olması üzrə çoxrtərəfli danışıqların iştirakçı ölkələri yanvarın 25-dək yeni təkliflərini təşkilatın Katibliyinə təqdim etməli idi, katiblik isə ümumiləşdirib Bakıya göndərməlidir.

"Biz Katiblikdən 1-2 həftə ərzində təklifləri almağı gözləyirik. Biz fərdi qaydada Avropa İttifaqı və Çin Taypeyindən (Tayvan, Penqu, Kimmen, Matsudan ibarət müstəqil gömrük zonası) suallar almışıq. Bu suallar ticarət rejmimizlə əlaqədardır", - o vurğulayıb.

Nazir müavini qeyd edib ki, növbəti işgüzar görüş ən yaxşı halda iyulda keçirilə bilər.

"Buna müvəffəq olmasaq, sentyabr ayında keçirəcəyik. Lakin fikrimcə, cari ilin ilk yarısında növbəti raundu keçirmək mümkün olacaq", - Məmmədquliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti