...

Azərbaycan ilin sonunadək Aİ ilə viza rejiminin sadələşdirilməsini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2013 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqların növbəti raundu martın 11-12-də Brüsseldə keçiriləcək. Bu barədə Trend-ə çərşənbə axşamı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

"Danışıqlar yaxşı gedir. Həll ediləsi məsələlər var. Bunlar readmissiyalar və viza prosedurlarının asanlaşdırılması məsələləridir", - Məmmədquliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu ilin sonunadək danışıqları yekunlaşdırmaq niyyətindədir.

"Cari ilin sonunadək danışıqlar prosesini başa çatdırmağa çalışmaq lazımdır. Lakin bu, hər iki tərəfdən asılıdır", - Məmmədquliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti