...

Gəncə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2013 12:34 (UTC +04:00)
Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclərin məlumatlandırılması məqsədilə Bakıda və regionlarında müxtəlif tədbirlər həyata keçirilir. Bu ilin ilk maarifləndirmə tədbiri Mərkəzin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə keçirilib.
Gəncə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 8 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclərin məlumatlandırılması məqsədilə Bakıda və regionlarında müxtəlif tədbirlər həyata keçirilir. Bu ilin ilk maarifləndirmə tədbiri Mərkəzin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Öz biznes ideyanı yarat və öz biznesinə başla" mövzusunda keçirilən treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Mərkəzin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün "Biznesin əsasları, təşkili və idarə edilməsi" mövzusunda treninq keçirilib.

Tədbir iştirakçıları biznesin mahiyyəti, biznes mühiti, biznesin təşkilati-hüquqi formaları, biznesin idarə edilməsinin təşkili, biznesin təhlükəsizliyi və s. barədə məlumatlandırılıb.

Tədbirlərdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti