...

Yevlaxda sahibkarlara güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2013 13:43 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Yevlax rayonunun Aran qəsəbəsində keçirib.
Yevlaxda sahibkarlara güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 8 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Yevlax rayonunun Aran qəsəbəsində keçirib. Tədbirdə 80-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdən əvvəl Yevlax rayonunun Kolanı kəndində əsas hissəsi Fonddan ayrılmış güzəştli kredit hesabına maliyyələşdirilmiş istixana kompleksinin fəaliyyətinə baxış keçirilib.

Sonra öz işinə başlayan "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yevlax rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluq və istixana təsərrüfatlarının, yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, 2013-cü ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində 233 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 27,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 1100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Fondun güzəştli kreditləri hesabına indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5200-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 261 milyon manatdan çox vəsait verilib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Yevlax və ətraf rayonlarda fəaliyyət göstərən 46 sahibkara 3,6 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına 120-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər heyvandarlıq, polietilen boru, qapı-pəncərə, mebel istehsalı və s. sahələrə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti