...

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin başa çatacağı tarix müzakirə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2013 16:23 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndə heyəti Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin başa çatdırılması məsələsini müzakirə etmək üçün Gürcüstana yola düşür.
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin başa çatacağı tarix müzakirə ediləcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndə heyəti Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin başa çatdırılması məsələsini müzakirə etmək üçün Gürcüstana yola düşür. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə bazar ertəsi nəqliyyat naziri Ziya Məmmədov bildirib.

"Bu dəmir yolu ilə ilk qatarın yola salınması 2013-cü ilin sonunadək gözlənilir. Bizim sabah Gürcüstana səfərimiz zamanı yolun Gürcüstan hissəsinin tikintisinin tamamlanması barədə məsələ müzakirə olunacaq", - nazir deyib.

Qeyd edək ki, dəhlizin buraxılış qabiliyyətinin ən yüksək həddi 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici bir milyon sərnişin və 6,5 milyon ton yük səviyyəsində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti