...

"PAŞA Bank" ICC-nin daimi üzvü seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2013 16:38 (UTC +04:00)
Fevralın 11-də Azərbaycanın ən böyük banklarından olan "PAŞA Bank" Beynəlxalq Ticarət Palatasının (International Chamber of Commerce, ICC) daimi üzvü statusunu alıb.
"PAŞA Bank" ICC-nin daimi üzvü seçilib

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Fevralın 11-də Azərbaycanın ən böyük banklarından olan "PAŞA Bank" Beynəlxalq Ticarət Palatasının (International Chamber of Commerce, ICC) daimi üzvü statusunu alıb.

BTT beynəlxalq qeyri-kommersiya təşkilatıdır və 100 ilə yaxındır ki, biznesin inkişafının aktual problemlərinin həlli sahəsində aktiv fəaliyyət göstərir. G8 dövlətlərinin rəsmi partnyoru və Ümumdünya Ticarət Təşkilatı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi təşkilatların kollektiv konsultativ orqanı olan ICC BMT və onun ixtisaslaşdırılmış bölmələri ilə iş üzrə ali məşvərət orqan statusu daşıyır.

Bankın İdarə Heyətinin üzvü və İnvestisiyalar üzrə Baş Direktoru (CIO) Taleh Kazımovun sözlərinə görə, beynəlxalq ticarət və investisiya, eləcə də beynəlxalq biznes sahəsində əlverişli şərait yaratmaq və bunun nəticəsində qlobal miqyasda həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək göstərmək missiyasını daşıyan BTT kimi beynəlxalq biznes qurumuna daxil olmaq PAŞA Bank üçün böyük hadisədir: "Məlum olduğu kimi, ICC öz missiyasını müxtəlif ölkələr arasında kommersiya əlaqələrin gücləndirilməsinə imkan yaradan siyasətin, eləcə də qayda və standartların müəyyənləşdirilməsində hökumətlərə tövsiyələr verməklə həyata keçirir. Dünya iqtisadiyyatının üzləşdiyi çətinliklərin optimal həllini tapmaq üçün müxtəlif ölkələrin işgüzar dairələrinin nümayəndələri, hökumət və qanunvericilik orqanları ilə sıx əməkdaşlıqda işləməyə hazır olan və biznesin bütün sahələrində güclü nümayəndəliklərə malik olan ICC bu cür məsələləri həll etməyə qadirdir və həll edir. Bundan sonra isə ümumi işə öz töhfəsini PAŞA Bank da verə biləcək".

Gələcəkdə PAŞA Bank Beynəlxalq Ticarət Palatasının Azərbaycan milli komitəsinin - "ICC Azerbaijan"ın yaradılması və onun sıralarına yeni iştirakçıların cəlb edilməsi üzərində işləyəcək. Beləliklə, Azərbaycanın şirkət və bankları - ICC-nin partnyorları öz ölkələrinin tələbatlarına və problemlərinə əsaslanaraq beynəlxalq biznesin qaydalarının və prinsiplərinin formalaşmasında xarici partnyorlarla bərabər hüquqda fəal iştirak etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, baş qərargahı Parisdə yerləşən Beynəlxalq Ticarət Palatasının milli komitələri dünyanın 120-dən çox ölkəsinin aparıcı şirkətlərini və işgüzar assosiasiyalarını birləşdirir.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də: kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.

Baş ofis və dörd filial ilə təmsil olunan PAŞA Bank`da 207 əməkdaş çalışır. "Europe Banking Avards 2011" çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur.

PAŞA Bank Azərbaycanın iri investisiya Xoldingi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan PAŞA şirkətlər qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA şirkətlər qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti