...

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 4,1 faiz ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2013 13:37 (UTC +04:00)
2013-cü ilin yanvar ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 4,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,7 faiz bahalaşıb.
Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 4,1 faiz ucuzlaşıb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

2013-cü ilin yanvar ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 4,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,7 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi tranzit üzrə 11,3 faiz, yerli əlaqə üzrə 1,9 faiz, idxal üzrə 1,2 faiz ucuzlaşıb, ixrac üzrə isə 0,7 faiz bahalaşıb.

Ay ərzində MDB ölkələrinə sərnişindaşıma tarifləri 19,9 faiz ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri, müvafiq olaraq, 1,1 və 8,3 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 12,1 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə qazın nəql olunma tarifi 2,4 faiz bahalaşıb, neftin nəql olunma tarifi isə 9,3 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatında bir saatlıq işə görə yükdaşıma tarifləri 19,3 faiz bahalaşıb. Beynəlxalq əlaqədə işəmuzd yükdaşıma tarifləri 4,1 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 13,6 faiz bahalaşıb.

Rabitə sahəsində mobil telefon xidmətlərinin tarif indeksi 1,5 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti