...

Şahbuz şəhərinin ərazisi genişləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2013 17:28 (UTC +04:00)
Milli Məclisin Regional məsələlər komitəsi çərşənbə axşamı keçirdiyi iclasda Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati-ərazisinin bölgüsünə dəyişikliklər edilməsi haqqında qanun layihəsini parlamentin plenar iclasında baxılması üçün tövsiyə edib.
Şahbuz şəhərinin ərazisi genişləndiriləcək

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir A.Axundov/

Milli Məclisin Regional məsələlər komitəsi çərşənbə axşamı keçirdiyi iclasda Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati-ərazisinin bölgüsünə dəyişikliklər edilməsi haqqında qanun layihəsini parlamentin plenar iclasında baxılması üçün tövsiyə edib.

Trend-in məlumatına görə, iclasda çıxış edən Komitənin sədri Arif Rəhimzadə bildirib ki, hazırda Şahbuz şəhərinin ərazisi 1005 hektardır, dəyişikliklər edildikdən sonra şəhərin ərazisi 1821,6 hektar artırılaraq 2826,6 hektara çatdırılacaq.

Şəhər ərazisinin artırılması onun inkişafına, xüsusilə turizm potensialının inkişafına kömək edir.

"Şahbuz turizm sahəsinin inkişafı üçün Azərbaycanda daha əlverişli regionlardan biridir. Şahbuzun ərazisinin genişləndirilməsi şəhərin inzibati-ərazi bölgüsünə Ayrınc kəndinin 92,8 hektar, Daylaqlı kəndinin isə 274,8 hektar ərazisinin verilməsi hesabına baş verəcək. Sahəsi 1454 hektar olan Qarababa kəndi bütövlükdə Şahbuz şəhərinin tərkibinə daxil ediləcək", - Rəhimzadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti