...

Dövlət Neft Fondu Avstraliyada daşınmaz əmlak ala bilər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2013 14:30 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Avstraliyada daşınmaz əmlaka investisiya yatırmaq imkanlarını nəzərdən keçirir.
Dövlət Neft Fondu Avstraliyada daşınmaz əmlak ala bilər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Avstraliyada daşınmaz əmlaka investisiya yatırmaq imkanlarını nəzərdən keçirir. Bu barədə çərşənbə günü Trend-ə Fonddan bildiriblər.

"ARDNF daşınmaz əmlakın yüksək keyfiyyətli portfelini yaratmaq üçün böyük ölkələrdə daşınmaz əmlak bazarlarına investisiya yatırmağa davam edəcək. Xüsusilə, ARDNF Avstraliyanın kommersiya daşınmaz əmlak bazarında imkanları nəzərdən keçirəcək", - Fonddan deyiblər.

Fonddan bildiriblər ki, ARDNF uzunmüddətli investor kimi daşınmaz əmlaka yatırdığı investisiyaların sabitliyində maraqlıdır və beləliklə, inkişaf etmiş bazarlardakı aktivlərə uzunmüddətli gəlirlə vəsaitləri yatırmağa yönəlib.

Fond hesab edir ki, Avstraliya bazarı bu xüsusiyyətlərə uyğundur və son illər ərzində beynəlxalq kapitalın böyük həcmlərini cəlb edib.

ARDNF-dən qeyd ediblər ki, Avstraliya bazarı Asiya ölkələrinin artım dinamikasını və Qərb ölkələrində qəbul edilən icarədarın hüquqlarına ciddi riayət edilməsi, uzunmüddətli icarə müqavilələri və şəffaflığın təmin edilməsi kimi meyarları özündə birləşdirir.

"2013-cü il ərzində ARDNF nümayəndələrinin Avstraliyaya səfəri gözlənilir. Məqsəd daşınmaz əmlak bazarının qabaqcıl iştirakçıları (o cümlədən tənzimləyicilər) və xarici investorlarla görüşməkdir. Bu səfərin əsas məqsədi Avstraliyanın daşınmaz əmlak bazarının daha dərindən öyrənilməsi və anlaşılmasıdır", - Fonddan qeyd ediblər.

"Bu səfərin cari il ərzində həyata keçirilməsi planlaşdırılır", - ARDNF-dən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti