...

Gələn il iki yeni metrostansiya istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2013 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni 2014-cü ildə iki yeni stansiyanı - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarını istismara verməyi planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə Bakı Metropolitenindəki mənbə bildirib.

"Bu iki yeni stansiyanın tikintisi aktiv templə aparılır və bu proses 2014-cü ildə başa çatacaq", - mənbə qeyd edib.

Mənbə işlərin başa çatma tarixini bildirməyib, bununla belə, stansiyaların tikintisinin gələn ilin ilk yarısında başa çatmaq ehtimalını istisna etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti