...

AZAL uçuşlara xüsusi tariflər tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2013 11:35 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” milli aviaşirkəti 12 fevral 2013-cü il tarixindən başlayaraq, Bakı-Tbilisi/Tbilisi-Bakı istiqamətində ekonom sinifli tarifin cəmi 120 Avro təşkil etdiyini elan edib. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin yaydığı məlumatda deyilir.
AZAL uçuşlara xüsusi tariflər tətbiq edib

Azərbaycan, Bakı, 14 fevral /Trend /

"Azərbaycan Hava Yolları" milli aviaşirkəti 12 fevral 2013-cü il tarixindən başlayaraq, Bakı-Tbilisi/Tbilisi-Bakı istiqamətində ekonom sinifli tarifin cəmi 120 Avro təşkil etdiyini elan edib. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, qiymətə yığım və rüsumlar daxil deyil. Aviaşirkət qeyd olunan sinif ilə aviabiletlərin sayını məhdudlaşdırmaq hüququnu özündə saxlayır.

Qeyd edilir ki, "Azərbaycan Hava Yolları" qeyd olunan hava xəttində yalnız müasir Aerobus A-319, A-320 tipli hava gəmilərini istismar edir.

Bundan başqa, aviaşirkətin məlumatına görə, Kiyevin Borispol hava limanında yeni terminalın açılışı ilə əlaqədar və sərnişinlərə göstərilən xidmətin səviyyəsini artırmaq məqsədi ilə "Azərbaycan Hava Yollari"nin uçuşları 15 Fevral 2013-cü il tarixindən etibarən F Terminalının yerinə yeni D Terminalından həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti